Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

Rabitə

Zaqatala rayon Telekommunikasiya Qovşağı 01.10.1996-cı ildə yaraddmışdır və əhaliyə telefon rabitəsi xidməti ğöstərir.Qovşaqda 118 işçi işləyir. Telekommunikasiya qovşağı 1 əd şəhər 25 əd. kənd EATS-dən və 1 əd. son nəsil rabitəsi olan CDMA tipli ATS-dən ibarətdir.
Ümumilikdə qovşaq 19752 nömrə olmaqla 6608 nömrə rayon mərkəzində, 13144 nömrə isə kəndlərdə əhaliyə xidmət göstərir.
Biitövlükdə ravon ərazisində xidmət göstərmək məqsədilə son nəsil rabitəsi olan CDMA stansiyasının ötürücü stansiyaları Katex və Yuxarı Çardaxlar kəndlərində quraşdırılmışdır ki, bunun da nəticəsində bütün kəndlərdə həmin rabitə xidmətindən yararlanmaq mümkündür.
Bundan başqa qovşaq əhaliyə genişzolaqlı yüksək sürətli internet xidməti göstərir.
Rayonda 1916 genişzolaqlı internet istifadəçisi vardır. Bunlardan 1340 şəhər, 576 isə kənd əhalisinin payına düşür.
Cəmi 11 kənd olmaqla ( o cümlədən* Əliabad, Muxax, Danaçı, Aş.TaIa, Makov,Göyəm, Əlibayramlı, Mazıx, Bəhmədli, Mamrıx və Yuxarı Çardaxlar ) kəndlərində genişzolaqlı internet xidməti göstərilir.
Gələcəkdə hər bir kənddə internet xidmətinin göstərilməsi istiqamətində işlər davam etdirilir.
Ucqar dağ kəndi olan Cimcimax kəndində də peyk stansiyası quraşdırılmaqla əhaliyə rabitə xidməti göstərilir.
Ümumilikdə hər 100 nəfərə 17 əd telefon nömrəsi düşür.
Rayon ərazisində 5 provayder (Aztelekom, Data plus, Azdatakom, Azedunet, Smart) genişzolaqlı internet xidməti göstərir. 17 əd.kənd EATS-nin birləşdirici xətləri fiber-optik kabelləri ilə əvəz olunmuşdur ki, bunun da nəticəsində həmin kəndlərdə istənilən multimediya xidmətlərinin göstərilməsi mümkündür. 2012-ci ilin 6 ayının yekununa qədər qalan 8 kənddə də fiber optik kabelləri çəkilərək EATS-lərin birləşdirilməsi işi yekunlaşacaqdır.

Poçt

Zaqatala Poct fılialının İnzibati binası 2009 -cu ildə müasir üslubda tikilərək və bütün avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmiєdir. H.Əliyev prospekti 63A ünvanında yerləşir. Poct Filialının 29 poçt şöbəsi tərəfındən əhaliyə xidmət göstərilir. 5 poct şöbəsi şəhər əhalisinə, 24 poct şöbəsi isə kənd əhalisinə xidmət göstərir. Xidmətin səviyyəsinin yüksəldilməsi üçün bütün poçt şöbələri, iş yerləri estetik vəziyyətə gətirilmiş,texniki avadanlıqlarla təchiz edilmişdir. Zaqatala PF- da əhaliyə yüksək səviyyədə poct xidmətlərinin göstərilməsi ücün son illər şəhər 1 saylı PŞ, 2 saylı PŞ, 5 saylı PŞ, Bəhmədli PŞ, Danacı PŞ,Əliabad 1 saylı PŞ ,Car PŞ, Muxax PŞ, Yuxarı Tala, Lahıc PŞ, Aşagı Tala PŞ, Mazıx PŞ ücün yeni poct binaları tikilərək əhalinin istifadəsinə verilmişdir. 2012-ci ildə 3 poct şöbəsi ücün yeni binaların tikilməsi nəzərdə tutulmuşdur.

Zaqatala PF -nin kollektivi 76 nəfərdən ibarətdir.
 

 

Keçidlər