Şriftin ölçüsü :

Saytın rəngi :

Qazilərimizin rayona gəlişi coşqu ilə qarşılanmışdır.

20 dekabr 2020 | 16:00

Zəfər marşını və qələbə sevincini bizə yaşadan şanlı Azərbaycan ordusu, Azərbaycan əsgərlərinin hər birisi xalqımızım qəhrəmanlarındandır. Vətən üçün vuruşaraq canlarını düşmənə sipər edən hər bir şəhidimiz, əsgərimizlə fəxr edirik, qürur duyuruq.
Rayonumuzda cəbhədə vuruşaraq şəhid olmuş igid oğlanlarımız el məhəbbəti, sevgisi ilə son mənzilə yola salınmışdır. Qazilərimizin rayona gəlişi də ictimaiyyət tərəfindən sevinc və coşqu ilə qarşılanmışdır.
Torpaq, vətən uğrunda ölməzlik zirvəsinə qovuşan şəhidlərimizin ruhu qarşısında baş əyir, ailəsinə, əzizlərinə baş sağlığı verir, bütün yaralı əsgərlərimizə, qazilərimizə Allahdan şəfa diləyirik.

Keçidlər