Qeyrətli Azərbaycan oğulları doğma Qarabağ torpaqları uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə xalqımızın qəhrəmanlıq tarxinə öz qanları bahasına parlaq səhifələr yazdılar.
Müstəqillik tariximizin ən şanlı hadisəsi olan Vətən müharibəsində qələbənin qazanılmasında öz canlarında keçən bütün şəhidlərimiz ilə, o cümlədən Zaqatala şəhidləri ilə fəxr edir və qürur duyuruq. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır.