Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala ziyalısı: Xalqımız Vətən torpağının azad olunacağı günü səbirsizliklə gözləyirdi

11 noyabr 2020 | 16:00

İndi bütün dünya Azərbaycanın öz haqq mübarizəsində əldə etdiyi qələbədən danışır. Bu, Azərbaycanın həm cəbhədə, həm də siyasət masasında qazandığı qalibiyyətdir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında misli görülməmiş bir uğura imza atdı və cəbhədə qazanılan bu qalibiyyət siyasət masasında qazanılan qələbə ilə möhürləndi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov söyləyib.

Xalqımızın Vətən torpaqlarının erməni işğalından azad olunacağı günü böyük səbirsizliklə gözlədiyini vurğulayan rayon ziyalısı deyib: “Bütün bu baş verənlər dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinin, gücünün göstəricisidir. Sentyabrın 27-dən başlanan zəfər yürüşünün davam etdiyi günlərdə xalq öz liderini bir an belə tək qoymadı. Prezidentin yürütdüyü uğurlu siyasi xətt sayəsində yaranmış xalq-iqtidar birliyini hər kəs gördü. Qalib xalq olaraq biz bundan sonra Prezidentimizin ətrafında bir yumruq kimi daha da sıx birləşəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Keçidlər