Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada indiyədək 18 min tondan çox dən qarğıdalı istehsal olunub

05 noyabr 2020 | 16:00

Zaqatala rayonunun torpaq mülkiyyətçiləri bu il 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı yekunlaşmaq üzrədir. İndiyədək 3 min 255 hektar sahənin məhsulu yığılıb, 18,3 min ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,2 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini də davam edir. Cari mövsümdə rayonda 11 min hektar sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri indiyədək 1970 hektarı arpa, 2160 hektarı buğda olmaqla, 4130 hektar sahəyə toxum səpiblər.

Keçidlər