Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı fermerlər bu il 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər.

05 oktyabr 2020 | 16:00

Zaqatalalı fermerlər bu il 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 3 min 30 hektar sahənin məhsulu yığılıb, 17 min 28 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,2 sentner təşkil edir.

 Erməni təxribatları nəticəsində sentyabrın 27-dən etibarən Qarabağ bölgəsində yenidən müharibənin alovlanması, bu təxribatların qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın, yaşayış məntəqələrinin bir qisminin düşmən işğalından azad edilməsi bütün vətəndaşlarımızı, o cümlədən aqrar sahədə çalışanları daha da ruhlandırıb. Torpaq mülkiyyətçiləri ölkəni bol kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin etmək üçün əzmlə çalışır, arxa cəbhədə fədakarlıq nümayiş etdirirlər. Zaqatalalı fermerlər də yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məhsullarının sahələrdən tam şəkildə tədarük edilməsi, eyni zamanda, gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininin optimal müddətdə həyata keçirilməsi üçün bütün qüvvələri səfərbər ediblər.

Keçidlər