Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Milli Ordunun zabiti dəfn olundu.

30 sentyabr 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində  daha bir rayon sakini torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Şəhid olan Azərbaycan Ordusunun zabiti, Kapitan Əliyev Fəzail Cahan oğlun  sentyabrın 30-da doğulduğu Zaqatala rayonunun Bəhmətli kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayonun icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər dövlət strukturlarının rəhbər heyətləri, habelə rayon sakinləri iştirak ediblər.

Keçidlər