Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan höküməti məsulliyət daşıyır.

28 sentyabr 2020 | 16:00

Bu gün Azərbaycan öz tarixi, əzəli torpaqlarını geri qaytarmaq üçün mübarizə aparır. Ermənsitan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan höküməti məsulliyət daşıyır. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayon ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki  adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Ermənistan hər zaman qonşuluğunda olan ölkələrin əzarisinə və tarixi-mədəni irsinə iddialar irəli sürülmüşdür. Qonşu xalqlara qarşı son 100 il ərzində aparılan ekspansiya siyasətinin növbəti təzahürü Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsidir. Qanunsuz məskunlaşma siyasəti regiona təhdid yaradan siyasətdir. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur. Bu onu göstərir ki, Ermənistan öz cinayətkar ssenarisini davam etdirir, lakin tarix və zaman hər şeyi olduğu kimi dəyərləndirir və belə cinayətlər cəzasız qalmır. Hər kəsin daha aydın dərk etdiyi bir həqiqət də var ki, Azərbaycan xalqı və dövləti bu kimi beynəlxalq cinayətlərə qarşı daha dözüm və səbr göstərmək niyyətində deyil.
27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Ermənistanın baş naziri Nikol Paşinyanın yarıtmaz fəaliyyəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsi ilə tənzimlənməsi dalana dirənib.
Hər kəsə məlumdur ki, təxribatlar Yerevanın rəsmi siyasətidir. Ermənistanın tarixi falsifakisiya və müxtəlif təxribatlar üzərində qurulub. Könüllü hərbi birləşmələrin yaradılması məhz həmin siyasətin davamıdır.
Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə mütəmadi səfərləri, hətta övladının hərbi xidmətə Azərbaycanın ərazilərinə göndərilməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin növbəti təsdiqidir. Bu hərəkətlər Ermənistanın mövqeyini əks etməklə, heç bir danışığa, dialoqa hazırlaşmayıb, əksinə, işğalçılıq siyasətini davam etdirdiyini bir daha sübut edir ki, hərbi təcavüzdən əl çəkməyəcək. Bütün təxribatlar onu göstərir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyir. Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan Erməni höküməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla buna əsaslı əngəllər törədir.
Münaqişə başlayan gündən bu günə kimi 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıb. Beynəlxalq ictimaiyyət, eləcə də, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçı siyasətini açıq şəkildə davam etdirməsinə ciddi münasibət bildirmək, sanksiyalar tətbiq etmək evəzinə, söz yığınından ibarət bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. Bu təşkilatlar hələ də ikili standartlardan əl çəkmir, münaqişənin həllinə yardım edəcək addımlar atmır, işğalçını açıq şəkildə himayə edirlər. Bu da Ermənistan rəhbərliyini daha da quduzlaşdırır.
Erməni təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir. Ancaq unutmaq olmaz ki, Azərbaycan haqq yolundadır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır.
Cənab Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi Ermənistan öz mənfur fikirləri ilə Azərbaycan üçün daim təhlükə mənbəyidir. Azərbaycan höküməti və Milli Ordusu vətəndaşları bu cür vəziyyətdə təxribatllara uymamağa çağırır. Qoşunlarımız sürətli əks-hücum əməliyyatını davam etdirir. Bu səbəbdən hər bir vətəndaşımız hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir. Ölkənin rəsmi qurumları tərəfindən yayımlanan məlumata inanmalı, rəsmi mənbələri əsas götürməlidir.
Milli Ordumuzun çevikliyi və peşəkarlığı ilə biz itirilmiş hər bir qarış torpağımızı geri almaq iqtidarındayıq. Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz üçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektlərini və döyüş texnikasını aşkar edərək, onların hərəkət trayektoriyasına nəzarət olunur. Ancaq unutmaq olmaz ki, Azərbaycan məsuliyyətli və humanist ölkədir. Ermənistan ordusundan fərqli olaraq Milli Ordumuz mülki əhalini atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabrda baş vermiş hadisələr bunun sübutudur. Bizim Milli Ordumuz mülki əhaliyə atəş açmır.
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, biz müharibə etmirik, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, Ermənistan torpağında Azərbaycanın heç bir iddiası yoxdur. Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından!
Yenilməz, qüdrətli oğullarımız bu günlərdə tarix yazdı və yazmaqda davam edir. Bu gün işğal altında olan Azərbacan torpaqlarının işğaldan azad edilməsi qürur duyulacaq əsas addımlardandır. Erməni tərəfi əmin ola bilər ki, əgər Ermənistan təcavüzü davam etdirərsə, bu dəfə Aprel döyüşlərindən və Tovuz əməliyyatından daha ağır sarsıdıcı zərbə alacaq.

YAP Zaqatala Rayon Təşkilatı
Qadınlar Şurasının sədri     

Vəfa Süleymanova

Keçidlər