Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

27 avqust 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək təsərrüfatlarda 2500 hektardan çox sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 70-dək şum traktoru cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, payızlıq bitkilərin səpininə sentyabrın üçüncü ongünlüyündə başlamaq nəzərdə tutulur.

Xatırladaq ki, builki mövsümdə zaqatalalı fermerlər 11 min 320 hektar taxıl sahəsindən 35 min 50 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

Keçidlər