Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərində fəallıq göstərirlər

27 iyul 2020 | 16:00

Zaqatala Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri koronavirus infeksiyasının yayılma sürətinin azaldılması və qarşısının alınması məqsədilə rayon sakinləri arasında maarifləndirmə tədbirlərini davam etdirirlər.

İyulun 27-də keçirilən növbəti aksiya zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində ciddi intizam tədbirləri həyata keçirilir.

Belə tədbirlər davamlı xarakter daşıyır. Əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.

Keçidlər