Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada qanvermə aksiyasında 64 könüllü qan verib

24 iyul 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar, xüsusilə uşaqlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə keçirilən qanvermə aksiyalarında Zaqatala sakinləri də fəal iştirak ediblər.

iyulun 24-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində növbəti könüllü qanvermə aksiyası keçirilib.

Rayon Mərkəzi Xəstəxanasında karantin dövrünün tələblərinə uyğun təşkil olunan qanvermə aksiyasında rayon icra hakimiyyəti aparatının əməkdaşları, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatların təmsilçiləri fəal iştirak ediblər. Xeyirxah aksiya zamanı 64 könüllü qan verib.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Keçidlər