Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 8,6 min hektar taxıl sahəsinin məhsulu biçilib

07 iyul 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək 3 min 406 hektar arpa və 5 min 258 hektar buğda sahəsinin məhsulu biçilib, 25 min 676 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 29,6 sentner təşkil edir.

Builki mövsümdə rayonda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb.

İndiyədək tədarük edilən taxılın 10 min 218 tonu arpa, 15 min 458 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 30 sentner, buğda sahələrindən isə 29,4 sentner məhsul götürülüb.

Hazırda sahələrdə 23 taxılbiçən kombayn işləyir.

Keçidlər