Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı kümçülər 36,1 ton yaş barama istehsal ediblər

22 iyun 2020 | 16:00

Builki mövsümdə barama yetişdirmək üçün Zaqatala rayonunda kümçülərə 1450 qutu ipəkqurdu paylanılıb. Kümçülər cari mövsümdə 36,1 ton yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər.

Zəyəm kəndindən Zeynəb Babayeva rayon üzrə hamıdan çox – 652 kiloqram yaş barama istehsal edib. Yengiyan kəndindən Altay Qasımov qəbul məntəqəsinə 494 kiloqram, Qandax kəndindən Elvin Məmmədov 426 kiloqram, Lahıc kəndindən Qabil Qasıməliyev isə 393 kiloqram yaş barama təhvil verib.

Hazırda rayonun təsərrüfatlarında taxıl biçini də yüksək sürətlə davam etdirilir. Cari mövsümdə rayonda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Bu günədək 2098 hektar arpa və 265 hektar buğda sahəsində biçin işləri görülüb, 6 min 497,5 ton taxıl istehsal olunub. Arpa sahələrinin hər hektarından orta hesabla 27,8 sentner, buğda sahələrindən isə 25,1 sentner məhsul götürülüb.

Keçidlər