Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın arpa sahələrində orta məhsuldarlıq 26 sentnerdir

16 iyun 2020 | 16:00

Cari mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. Hazırda rayonun Muğanlı, Faldarlı, Mosul, Kəpənəkçi, Bəhmətli kəndlərinin ərazilərindəki təsərrüfatlarda arpa biçini davam edir. Bu günədək 902 hektar sahənin arpası biçilib, 2 min 345 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26 sentner təşkil edir.

Biçin kampaniyasına, ümumilikdə, 26 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər digər texnikalar cəlb edilib. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.

Keçidlər