Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edilib

15 iyun 2020 | 16:00

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı oldu. Həmin ilin iyununda ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə Naxçıvandan Bakıya dönən Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas olub, Azərbaycanın gələcək inkişafının təməli qoyulub, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edilib.

Bu fikirlər Milli Qurtuluş Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə iyunun 15-də keçirilən “Qayıdışın qurtuluş oldu” adlı vebinarda səsləndirilib.

Gənclərin iştirakı ilə keçirilən onlayn konfransda səslənən çıxışlarda ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil edilib, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas olduğu xüsusi vurğulanıb. Bildirilib ki, 27 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.

Vebinarda çıxış edənlər 1993-cü il 15 iyunun Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü kimi tariximizə qızıl hərflərlə əbədi həkk olunduğunu vurğulayıblar.

Keçidlər