Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi uşaqları bayram hədiyyələri ilə sevindirib

01 iyun 2020 | 16:00

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaqlar bizim gələcəyimizdir” adlı aksiya uşaqlara xoş əhval-ruhiyyə, əsl bayram sevinci yaşadıb.

Aksiya çərçivəsində Mərkəzin əməkdaşları şən klounun iştirakı ilə karantin rejiminin tələblərinə riayət etməklə Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında dincələn uşaqlara bayram hədiyyələri paylayıblar. Sonra Mərkəzin əməkdaşları bayram sovqatı ilə aztəminatlı ailələrin qonağı olub, gətirdikləri hədiyyələrlə uşaqları sevindiriblər.

Keçidlər