Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada onlayn rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

31 may 2020 | 16:00

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin Respublika Günü münasibətilə elan etdiyi “Tarixin şanlı səhifəsi” adlı onlayn rəsm müsabiqəsinə yekun vurulub.

Müsabiqə iki yaş qrupu (5-12 və 13-18 yaşlılar) üzrə keçirilib. Müsabiqəyə onlayn şəkildə təqdim olunan əsərlər Mərkəzin rəsm dərnəklərinin müəllimləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekun nəticələrinə əsasən, Hacı Gəncəyev və Səbinə Dəmirçiyeva birinci, Mədinə Hüseynli və İradə Qurbanova ikinci, Damla Bürcəliyeva və Xədicə Hacıyeva üçüncü yerə layiq görülüblər.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi xüsusi karantin rejimi başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Keçidlər