Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada barma qəbuluna başlanılıb

31 may 2020 | 16:00

Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə Mamrux, Qandax, Muğanlı, Yuxarı Tala və Dağlı kəndlərinin kümçüləri tərəfindən rayondakı qəbul məntəqəsinə 300 kiloqram yaş barama təhvil verilib. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 ton artırılaraq, 58 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 420 kümçü ilə müqavilə bağlanılıb, onlara 1450 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.

Xatırladaq ki, zaqatalalı kümçülər ötənilki mövsümdə 53 ton yaş barama istehsal ediblər.

Keçidlər