Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluq Mərkəzinin köməyi ilə Zaqatalada 385 nəfər işlə təmin edilib

20 may 2020 | 16:00

Bu ilin dörd ayında Zaqatala Rayon Məşğulluq Mərkəzi vasitəsilə 385 nəfər işə düzəlib. İşə düzələnlərin 166 nəfəri qadın, 212 nəfəri 29 yaşadək gənclərdir.

Cari ilin ötən dövründə Zaqatala rayonunda 67 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərə, 32 nəfər isə peşə hazırlığı kursuna cəlb ediliblər. Özünüməşğulluq təlimlərinə cəlb olunanların 64 nəfəri kənd təsərrüfatı, 3 nəfər isə xidmət sahələrində fəaliyyət göstərəcəklər.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar hazırda təlimlərə fasilə verilib. Karantin müddəti başa çatdıqdan sonra təlimlər yenidən davam etdiriləcək.

Keçidlər