Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Ulu Öndərə həsr olunan şeir və təqdimat müsabiqəsinə yekun vurulub

16 may 2020 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən təşkil olunan “Azərbaycan səninlədir” onlayn şeir və təqdimat müsabiqəsinə yekun vurulub.

Kitabxananın 60-dək fəal oxucusunun iştirak etdiyi müsabiqə onlayn şəkildə sosial şəbəkə üzərindən keçirilib və ən çox bəyənilən videotəqdimatlar əsasında qaliblərin adları müəyyənləşib. Müsabiqənin yekun nəticələrinə əsasən, Almaz Qurbanlı və Ayan Vanatiyeva birinci, Fatimat Aliyeva və Səmra Yusifli ikinci, Gülay Əhmədova və Aynur Vasalova üçüncü yerə layiq görülüblər.

Müsabiqə qaliblərinin və fərqlənən iştirakçıların mükafatlandırılması mərasimi xüsusi karantin rejimi başa çatdıqdan sonra reallaşacaq.

Keçidlər