Şriftin ölçüsü :

Saytın rəngi :

Yaz əkin mövsümündə Zaqatalada 6 hektarda aqrobağ salınıb

13 may 2020 | 16:00

Cari ilin yaz əkin mövsümündə Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 6 hektar sahədə xurma, qoz və şabalıd ağaclarından ibarət aqrobağ salınıb. Bundan əlavə, 10 hektar sahədə meşəbərpa işləri aparılaraq, meşə sahələrinə 3300 ədəd müxtəlif ağac tingi əkilib.

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, son illər meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən bu bölgə üçün xarakterik olan fındıq, qoz, şabalıd, xurma, tut və digər növ ağac tinglərindən istifadə olunur.

Qeyd edək ki, Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 2019-cu ildə Zaqatala və Balakən rayonlarında 50 hektar sahədə meşə əkini, 10 hektarda isə meşə səpini işləri aparılıb.

Keçidlər