Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 9,5 min hektaradək sahədə yazlıq bitkilər əkilib

06 may 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Məhsul istehsalçıları indiyədək 9493,5 hektar sahədə yazlıq bitkilər əkiblər.

Bildirilib ki, torpaq mülkiyyətçiləri bu günədək 1522 hektar sahədə kartof, 1818 hektarda tərəvəz, 553 hektarda bostan bitkiləri, 97 hektarda dənli və dənli paxlalılar, 6 hektarda günəbaxan və 5 hektarda soya əkib, 3112 hektar sahəyə yonca səpiblər.

Builki mövsümdə rayonda 700 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Fermerlər indiyədək 185,5 hektar sahəyə tütün şitilləri köçürüblər. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 85 hektar çoxdur.

Rayonda dən üçün qarğıdalı əkini də davam edir. Məhsul istehsalçıları bu günədək 2195 hektar sahədə qarğıdalı əkiblər.

Keçidlər