Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın gənc musiqiçilərinin eyvandan təqdim etdikləri canlı konsert sakinlərdə ruh yüksəkliyi yaradıb

14 aprel 2020 | 16:00

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatalanın gənc musiqiçiləri sosial izolyasiya şəraitində olan sakinlərə aprelin 14-də növbəti dəfə eyvandan canlı konsert veriblər. Şəki Regional Mədəniyyət İdarəsinin və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə reallaşan konsert karantin dövründə evdə qalan sakinlərdə ruh yüksəkliyi yaratmaq və onlara mənəvi dəstək olmaqdır.

“#Evdəqal”, “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələri çərçivəsində Zaqatala şəhərinin Faiq Əmirov küçəsində yerləşən çoxmənzilli yaşayış binalarından birinin eyvanında təşkil edilən konsert zamanı gənc musiqiçilər Rahil Kərimov, Vüsal İbrahimov, Müqəddəs Yekəyev, Simran Yusubov və Faiq Əyyubov ətrafdakı binaların sakinlərinə saz havalarımızı, bəstəkar və xalq mahnılarımızı canlı ifalarla təqdim ediblər.

 

Keçidlər