Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun təsərrüfatlarında tütün əkininə start verilib

17 aprel 2020 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk olaraq fermerlər Akif Kələşov və Vaqif Şabanova məxsus təsərrüfatda tütün əkininə start verilib. Maqov kəndi ərazisində yerləşən bu təsərrüfatda mövsümün ilk günündə 2 hektaradək sahəyə tütün şitili köçürülüb.

 Cari ildə Zaqatalada tütün əkini sahələrinin keçən ilə nisbətən 74,8 hektar artırılaraq, 700 hektara çatdırılması nəzərdə tutulur. Əkin sahələrinin 400 hektarına “Virciniya botaniki”, 15 hektarına “Berley”, 285 hektarına isə digər növ tütün sortları əkiləcək.

 Xatırladaq ki, ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər.

 

Keçidlər