Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ulu öndər Heydər Əliyevə həsr olunan onlayn şeir və mahnı müsabiqəsi başlayır

19 aprel 2020 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə aprelin 20-də Zaqatalada onlayn şeir və mahnı müsabiqəsinə start veriləcək. Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsi, Şəki Regional Mədəniyyət İdarəsi və Zaqatala Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan müsabiqə mayın 7-dək davam edəcək.

Müsabiqədə iştirak etmək üçün şərtlər çox sadədir. Müsabiqəyə yaşından asılı olmayaraq, hər bir məktəbli qoşula bilər. İştirakçı ifa etdiyi şeir və ya mahnının videosunu Mərkəzin “Facebook” və “Instagram” səhifələrinə göndərməlidir.

Təşkilatçı qurumların əməkdaşlarından ibarət münsiflər heyəti əvvəlcə hər bölmə üzrə fərqlənən ən yaxşı üç iştirakçını seçəcək. Sonra onlayn səsvermə yolu ilə birinci, ikinci və üçüncü yerlərin sahiblərinin adları müəyyənləşəcək.

 

Keçidlər