Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada indiyədək 3 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı paylanıb

24 aprel 2020 | 16:00

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək aztəminatlı ailələrə kömək məqsədilə aprelin 24-də Zaqatala rayonunda ərzaq yardımı kampaniyası keçirib. Aksiya çərçivəsində ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin iştirakı ilə 80 aztəminatlı ailəyə və sosial müdafiəyə ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıb.

 Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində olduğu kimi Zaqatala rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı mütəmadi olaraq sosial dəstək aksiyaları həyata keçirilir. Bu günədək Zaqatala rayonunda 3 mindən çox aztəminatlı ailəyə, xəstə və ahıl insanlara ərzaq yardımları edilib. Karantin günlərində Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən 600-dən çox, “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu tərəfindən 500, “Bravo” supermarketlər şəbəkəsi tərəfindən 322, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 80, 111 saylı Zaqatala seçki dairəsi üzrə Milli Məclisin deputatı seçilmiş Elşən Musayev tərəfindən 70, həmçinin rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanları, ayrı-ayrı müəssisə və təşkilatlar, yerli sahibkarlar və iş adamları tərəfindən yüzlərlə aztəminatlı ailəyə, ehtiyacı olan insanlara ərzaq bağlamaları çatdırılıb.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyaların təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər