Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala sakinləri koronavirusla mübarizə aparan həkimlərə dəstəklərini nümayiş etdiriblər

07 aprel 2020 | 16:00

Bu çətin günlərdə, dünyanı ağuşuna alan koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə səhiyyə işçiləri şücaət göstərərək, xalqımızın sağlamlığının keşiyində durur, pandemiya ilə mübarizədə həyatlarını risqə ataraq böyük fədakarlıqla öz vəzifə borclarını yerinə yetirirlər.

Aprelin 6-da axşam saatlarında Zaqatala rayonunda günümüzün qəhrəmanları olan həkimlərə dəstək aksiysı keçirilib. Zaqatala şəhərinin sakinləri axşam saat 20:30-da yaşadıqları evlərin, çoxmənzilli yaşayış binalarının eyvanlarına çıxaraq, pandemiya ilə mübarizə aparan həkim və tibb işçilərini alqışlayıb, onlara təşəkkürünü bildirib, həmrəylik nümayiş etdiriblər.

Keçidlər