Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu Zaqatalada 500 ailəyə ərzaq yardımı edib

09 aprel 2020 | 16:00

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək, aztəminatlı ailələrə, əlil və tənha vətəndaşlara kömək məqsədilə Zaqatala rayonunda ərzaq yardımı kampaniyası keçirib.

Aksiya çərçivəsində Fondun direktoru Gülbəniz Bayramovanın iştirakı ilə Zaqatala rayonunda 500 aztəminatlı ailəyə, əlil və köməyə ehtiyacı olan şəxslərə ərzaq bağlamaları paylanılıb. Qurum tərəfindən, həmçinin Zaqatala Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb işçilərinə əlcək və həkim papağı da verilib.

Keçidlər