Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Uşaq İncəsənət Məktəbində tədris prosesi onlayn şəkildə davam etdirilir

22 mart 2020 | 16:00

Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Zaqatala rayon Uşaq İncəsənət Məktəbində də tədris prosesinin onlayn şəkildə aparılmasına başlanılıb.

İlk onlayn dərslər məktəbin nəzəriyyə, musiqi ədəbiyyatı, fortepiano və digər şöbələrinin müəllimləri tərəfindən təşkil olunub.

Dərslərin ilk günü “WhatsApp” sosial media proqramından istifadə olunsa da, növbəti günlərdə müxtəlif sosial media vasitələrindən istifadə etməklə, onlayn videodərslərin daha da genişləndirilməsi nəzərdə tutulur.

Keçidlər