Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərində dezinfeksiya işləri aparılıb

24 mart 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir. Rayonun aidiyyəti dövlət strukturları, rayon Gigiyena və Epidemiologiya Mərkəzi, kommunal xidmət müəssisəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, Zaqatala şəhərinin küçə və parklarında, yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Zaqatala Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, martın 23-də Zaqatala şəhərində növbəti kütləvi dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Şəhərin prospekt və küçələri, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, bazar və digər satış mərkəzlərində təmizlik və dezinfeksiya işləri aparılıb.

Rayon ərazisində dezinfeksiyaedici tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Keçidlər