Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Miqrasiya Xidmətinin Zaqataladakı səyyar xidmətinin imkanlarından 15 nəfər yararlanıb

06 mart 2020 | 16:00

Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki Regional Miqrasiya İdarəsinin xidməti ərazisinə daxil olan Zaqatala rayonunda keçirilən səyyar xidmətin imkanlarından 15 nəfər yararlanıb.

Onlardan səkkizinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. İki nəfərdən isə bununla bağlı sənəd qəbul olunub. Daha beş şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Keçidlər