Şriftin ölçüsü :

Saytın rəngi :

Subartezian və artezian quyuları vasitəsilə ötən il Zaqatalada 1556 hektar əkin sahəsi suvarılıb

24 fevral 2020 | 16:00

Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Zaqatala rayonunda 80 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 13-ü ötən il qazılıb.

Hazırda rayon ərazisində 110 subartezian və 90 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1556 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan on minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 12,7 milyon kubmetr su çıxarılıb. 2020-ci ildə rayon ərazisində daha 12 subartezian və 6 artezian quyusunun qazılması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

 

Keçidlər