Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il zaqatalalı fermerlərə 888,3 min manatdan çox dövlət yardımı verilib

10 fevral 2020 | 16:00

Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası olaraq, 2019-cu ildə Zaqatala rayonu üzrə 7942 torpaq mülkiyyətçisinə 13 min 203,8 hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, həmçinin buğda səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 873 min 361 manat vəsait ödənilib.

Bundan əlavə, ötən il təkrar əkinlərə görə 64 nəfər torpaq mülkiyyətçisinə 299,5 hektar əkin sahəsinin becərilməsinə görə 14 min 978 manat dövlət yardımı verilib. Fermer təsərrüfatlarına güzəştli qaydada 1598,1 ton mineral gübrə və 1173,2 litr pestisidlər satılıb.

Keçidlər