Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalılar 2019-cu ili uğurla yola salırlar

31 dekabr 2019 | 16:00

Zaqatalalılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini böyük ruh yüksəkliyi ilə qeyd ediblər. Bu da təsadüfi deyildir. 2019-cu ildə zaqatalalılar çalışdıqları əmək kollektivlərində, ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər qazanıb, rayonun inkişafına öz layiqli töhfələrini veriblər.

Bu fikirlər əlamətdar bayramlar münasibətilə Zaqatala şəhərində keçirilən “Yeni il, yeni arzular” adlı ümumrayon tədbirində səsləndirilib.

Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, 31 dekabrın Azərbaycan xalqının tarixində ən yaddaqalan və şərəfli günlərdən biri olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, müstəqilliyinin əbədiliyini və dönməzliyini bütün dünyaya elan edən Azərbaycan Respublikasının vətəndaşları, eləcə də Yer kürəsinin müxtəlif guşələrində yaşayan 50 milyondan artıq azərbaycanlı hər il bu tarixi günü böyük təntənələrlə qeyd edir.

Bildirilib ki, Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son illər Azərbaycanın bütün regionlarının, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında da çox böyük dəyişikliklər baş verib, əhalinin güzəranı daha da yaxşılaşıb.

Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2019-cu ildə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən zaqatalalılara rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Keçidlər