Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı paylanıb

12 avqust 2019 | 16:00

Müqəddəs Qurban bayramı münasibətilə Zaqatala rayonunda mindən çox aztəminatlı ailəyə bayram sovqatı – qurban əti paylanılıb.

 Rayon icra hakimiyyətinin, qəsəbə və kəndlərin yerli icra orqanlarının, bələdiyyələrin nümayəndələri bayram münasibətilə şəhid və məcburi köçkün ailələrinə, əlil və kimsəsizlərə, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara baş çəkib, qayğı və problemləri ilə maraqlanıb, gətirdikləri bayram sovqatı ilə onları sevindiriblər.

 

 

Keçidlər