Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada müxtəlif xalqların rəqslərindən ibarət konsert olub

03 iyul 2019 | 16:00

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi münasibətilə Zaqatala Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) geniş tədbirlər proqramı hazırlayıb.

İlk tədbir iyulun 1-də Zaqatala Mərkəzi Kitabxanasının və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

“Dünya xalqlarının rəqsləri uşaqların ifasında” adlı konsert proqramında balacaların ifasında müxtəlif ölkə xalqlarının rəqsləri nümayiş olunub. Mərkəzi kitabxananın qarşısında oxucuların, kitabxana işçilərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə reallaşan tədbir böyük maraqla qarşılanıb.

 

Keçidlər