Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala: tütünçülük sahəsində 1800-dən çox rayon sakini işləyir

06 iyun 2019 | 16:00

Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi prosesi artıq başa çatmaq üzrədir. İndiyədək 615 hektara tütün şitili köçürülüb. Tütün əkininə 1800-dən çox mövsümi işçi cəlb olunub.

Yengiyan kəndindən olan fermer Telman Həsrətov rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı dörd ildir ki, tütünçülüklə məşğul olur.

Fermerin bildirdiyinə görə, bu il təsərrüfatda 60 hektar “Virciniya”, 30 hektar yerli sortlar olmaqla, 90 hektar sahədə tütün əkməyi planlaşdırıb. İndiyədək 60 hektardan çox sahəyə şitil köçürülüb və tütün əkini üç-dörd gün ərzində başa çatdırılacaq.

Təsərrüfat sahibi havalar əlverişli keçərsə, bu il tütün sahələrindən 900 tonadək yaşıl kütlə götürəcəyini proqnozlaşdırır.

Keçidlər