Şriftin ölçüsü :

Saytın rəngi :

Bölgənin gənc pianoçuları Zaqatalada ifaçılıq məharətlərini nümayiş etdiriblər

29 may 2019 | 16:00

Gənc pianoçuların IV Respublika müsabiqəsinin mayın 29-da Zaqatala şəhərində keçirilən zona seçim turuna yekun vurulub. Müsabiqədə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının uşaq incəsənət və musiqi məktəblərini təmsil edən üç yaş qrupu üzrə 36 pianoçu öz ifaçılıq qabiliyyətini nümayiş etdirib.

Zona turunun yekun nəticələrinə əsasən, 9 nəfər piano ifaçısı müsabiqənin Bakı şəhərində keçiriləcək ikinci turuna vəsiqə qazanıb.

Müsabiqə çərçivəsində münsiflər heyətinin üzvləri Tofiq Bədirxanov, Rövşən Məmmədov və Natiq Mustafayev bölgənin gənc pianoçularına ustad dərsləri də keçiblər.

Müsabiqə qaliblərinin yekun konsertinin iyunun 28-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Keçidlər