Şriftin ölçüsü :

Saytın rəngi :

Gömrük Komitəsinin rəhbərliyi Zaqatalada vətəndaşları qəbul edib

25 may 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Mayın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi Zaqatala şəhərində bu bölgənin sakinlərini, eləcə də həmin bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqatala şəhərində, komitə sədrinin müavini vətəndaşları qəbul edib. Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər