Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatala şəhər sakinləri ilə görüşüb

24 aprel 2019 | 16:00

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatala şəhər  sakinləri ilə görüşüb

24.04.2019-cu il tarixdə Zaqtala şəhər Qala düzü ərazisində yerləşən "Xeyir-Şər evi"ndə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhər sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 180 nəfər şəhər sakini qatılmışdır. Görüşdə iştirak edən şəhər sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər.Şəhər sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir.

Rayon rəhbəri ona ünvanlanan təklif və sualları cavablandırmış, aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlarını vermişdir. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, digər məsələlərin həlli istiqamətində tapşırıqlar verilmişdir.

Keçidlər