Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda buraxılış imtahanları 3 mərkəzdə aparılıb

21 aprel 2019 | 16:00

Dövlət İmtahan Mərkəzinin aprelin 21-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi  Zaqatala rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanları başa çatıb.

 İmtahanların keçirilməsi üçün Zaqatalada 3 imtahan mərkəzi ayrılıb. Zaqatala rayonu üzrə 1044 şagird iştirak edib. 

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim olunub.

Keçidlər