Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada 649 hektarda tütün yetişdiriləcək

16 aprel 2019 | 16:00

Bu il Zaqatala rayonunun təsərrüfatlarında 649 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər təsərrüfatlarda 15 hektar sahədə yerli tütün sortları əkilib. Aprelin 16-dan başlayaraq “Virciniya” növlü tütün şitillərinin də sahalərə köçürülməsinə start verilib.

Builki mövsümdə zaqatalalı fermerlər 439 hektar sahədə “Virciniya”, 17 hektarda “Berley”, 193 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Qeyd edək ki, dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşrıq və tövsiyələrə uyğun olaraq, son illər bölgənin digər rayonları kimi, Zaqatalada da kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Ötənilki mövsümdə zaqatalalı fermerlər 875 ton quru tütün istehsal ediblər.

Keçidlər