Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonu üzrə pulsuz kütləvi tibbi müayinələrdən bu günədək 52 mindən çox sakin yararlanıb

11 aprel 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Zaqatala rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 52 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçib. Rayonun 61 yaşayış məntəqəsindən 29-da tibbi müayinələr başa çatıb.

Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 77 mindən çox sakinin tibbi müayinələrə cəlb edilməsi nəzərdə tutulur. Müayinələr rayonun 5 tibb müəssisəsində - Rayon Mərkəzi Xəstəxanası, Müalicə Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilir. Müayinələrə yüksəkixtisaslı həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin xəstəxanalara gələ bilməyən xəstə və yaşlı insanlara evlərində xidmət göstərir.

Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, indiyədək müayinədən keçənlərin 3863 nəfərinə ambulator müalicə təyin edilib, 81 nəfər stasionar müalicəyə cəlb olunub, 7 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb.

 

Keçidlər