Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ağacəkmə aksiyasında 150-dən çox ting əkilib

02 aprel 2019 | 16:00

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı yaz ağacəkmə kampaniyası çərçivəsində aprelin 2-də Zaqatalada təşkil olunan aksiyada rayon mərkəzi xəstəxanasının nəzdində olan Vərəm Xəstəlikləri Xəstəxanasının ərazisində 150-dən çox ağac tingi əkilib.

Mərkəzin əməkdaşlarının və 70-dən çox tibb işçisinin iştirak etdiyi aksiya zamanı xəstəxananın həyətində əsasən Şərq çinarı, pekan qozu, Eldar şamı, cökə, ipək akasiyası və katalpa ağacları əkilib.

 

Keçidlər