Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı arıçılara 210 min manatadək subsidiya ödənilib

16 yanvar 2019 | 16:00

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, Zaqatala rayonu üzrə 1190 arıçının təsərrüfatındakı 29 min arı ailəsi qeydiyyata alınıb. Birinci mərhələdə 816 arıçının təsərrüfatlarında olan 20 min 974 arı ailəsi identifikasiya kodu ilə təmin edilib. Sənədlər Respublika Komissiyasında baxıldıqdan sonra onlara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 209 min 740 manat subsidiya ödənilib. Hazırda qalan 8 min arı ailəsinin də identifikasiya kodu ilə təmin edilərək subsidiyanın verilməsi üçün zəruri işlər aparılır.

Dövlət başçısının bilavasitə təşəbbüsü ilə atılan bu addım arıçılığın inkişafına böyük dəstəkdir: “Uzun illərdir ki, ailəmlə birlikdə arıçılıq sahəsində çalışıram. Təsərrüfatımdakı 420 arı ailəsinə görə mənə 4200 manat subsidiya ödənilib. Bu vəsait təsərrüfatımda olan arı ailələrinin mövsümlə əlaqədar digər ərazilərə köçürülməsi, arıların müalicəsi məqsədilə zəruri dərman preparatlarının alınması, həmçinin arı pətəklərinin hazırlanması, yeni arı ailələrinin yetişdirilməsi üçün tam yetərlidir”.

Keçidlər