Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mənəvi dəyərlərimizin böyük rolu var

10 yanvar 2019 | 16:00

Zaqatala rayonunda “Mənəvi dəyərlərimiz həmrəyliyimizin zəmanətidır” mövzusunda tədbir keçirilib.  Zaqatala şəhər 2 nömrəli tam orta məktəbində keçirilən tədbirdə təhsil ocağının direktor müavini Ənvər Məhyəddinov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Azərbaycan xalqının mənəvi dəyərlərinin rolunu qeyd edib.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov xalqımızın mənəvi dəyərlərinin hər bir vətəndaşın həyatında mühüm yer tutduğunu qeyd edib, gənclərin mənəvi dəyərlərə sadiq olmasının vacibliyini bildirib. O, Azərbaycanın Milli qəhrəmanlarından bəhs edərək mənəvi dəyərlərin öyrənilməsinin və qorunub saxlanılmasının əhəmiyyətindən danışıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Zaqatala rayon şöbəsinin əməkdaşı Cavid Məmmədli radikal dini cərəyanların və qeyri-ənənəvi dinlərin gənclər arasında yayılmasına qarşı aparılan preventiv tədbirlərdən, müvafiq qanunvericilikdən bəhs edib.

Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Cövhərət İbrahimova cəmiyyətin özəyi olan ailənin, adət-ənənələrin qorunub saxlanılmasında mənəvi dəyərlərin əhəmiyyətini diqqətə çatdırıb, gənclərin xalqımızın zəngin mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Azərbaycanda dövlət-din münasibətlərindən, multikulturalizm və tolerantlıqdan bəhs edib, xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. O, həmçinin radikal və qeyri-ənənəvi dini cərəyanlar və onların törətdiyi fəsadlar barədə məlumat verib, gənclərin bilikli və savadlı olmasının dini radikalizmə, xurafata və mövhumata qarşı tutarlı amil olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər