Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 346 nikah rəsmiləşdirilib

07 yanvar 2019 | 16:00

2018-ci ildə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 346 nikah mərasimi keçirilib.

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan bu günədək Mərkəzdə 1616 nikah mərasimi olub. Yeni ailə quran gənclərin doğmalarının iştirakı ilə keçirilən bu mərasimlərdə ailə dəyərlərinin qorunmasının vacibliyi önə çəkilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışılıb.

Keçidlər