Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada 1353 hektar yeni fındıq bağları salınıb

27 dekabr 2018 | 16:00

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ilin yaz mövsümündə rayon ərazisində 352 hektar, payız aylarında isə 1001 hektar yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 504 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Cari ildə rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 tona yaxın artıb.

Keçidlər