Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günədək Zaqatalada Çindən gətirilən 45 min ədəd tut tingi əkilib

10 dekabr 2018 | 16:00

Yeni tut bağlarının salınması məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Zaqatala rayonu ərazisində əkilməsi nəzərdə tutulur. Tinglərin əkini üçün rayonun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri ayrılıb. Artıq bu tinglərdən 45 mininin əkilməsi təmin olunub və ting əkini mütəşəkkil qaydada davam etdirilir.

Qurumdan bildiriblər ki, bundan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə payız mövsümündə rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 121 min ədəd yerli tut tingi də əkilib. İlin sonunadək daha 9 min ədəd yerli tingin əkilməsi planlaşdırılır.

Keçidlər