Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bu günədək 10 min 894 hektar sahəyə taxıl səpilib

08 dekabr 2018 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini yekunlaşmaq üzrədir. Fermerlər indiyədək 7 min 553 hektarı buğda, 3 min 341 hektarı arpa olmaqla, 10 min 894 hektar sahəyə toxum səpiblər. Rayonda gələn ilin məhsulu üçün 11 min hektara yaxın sahədə payızlıq dənlilərin səpini nəzərdə tutulur.

 Qeyd edək ki, zaqatalalı fermerlər builki mövsümdə 10 min 933 hektar taxıl sahəsindən 35 min 610 ton məhsul əldə ediblər.

Keçidlər